Vüqar Məmmədov

Vüqar Məmmədov

Vüqar Məmmədov CLS-in İdarəedici Ortağıdır. O, son 12 ildə hüquq və vergi məsələləri ilə bağlı yerli və beynəlxalq şirkətlərə məsləhət vermişdir. Vüqar “PricewaterhouseCoopers” şirkətində vergi məsləhətçisi vəzifəsindən hüquq üzrə menecer vəzifəsinə kimi yüksəlmiş; “Deloitte&Touche” şirkətində uzun illər baş menecer olaraq hüquq xidmətlərinə rəhbərlik etmişdir.

İş təcrübəsindən nümunələr:
• Azərbaycanda bankın alqı-satqısı
• Məhkəmə və beynəlxalq arbitraj təcrübəsi
• Iranda biznes mühitinin hüquqi tənzimlənməsi
• Bir sıra Avropa, MDB və Ərəb ölkələrində yerləşən şirkətlər qrupunun alınması
• Bir sıra kapital və kredit layihələrinin maliyyələşmələri ilə bağlı məsləhətlər
• Əmək, miqrasiya və miqrantların vergi məsələləri
• Azərbaycan və xarici tərəflərin arasında müxtəlif yurisdiksiyalar üzrə Birgə Müəssisələrin təsis edilməsi
• Nüfuzlu Türkiyə bankı ilə danışıqların aparılması və MBD ərazisi üçün müstəsna hüquqlarla bağlı lisenziya müqaviləsinin bağlanması
• Bir sıra vergi, korporativ, insan resursları və digər layihələrin hüquqi baxımından yoxlanılmasında iştirak və rəhbərlik
• Azərbaycan Hökuməti və beynəlxalq neft şirkəti arasında bağlanan Hasilatın Pay Bölgüsü barədə Sazişə dair vergi və gömrük protokollarının layihələrininin hazırlanması
• Mühasiblər və Auditorlar üçün Azərbaycan Peşəkar Təlim və Sertifikatlaşma Mərkəzinin yaradılması
• Müxtəlif sahələrdə, o cümlədən bank, tikinti, neft və qaz, hüquqi xidmətlərin göstərilməsi.

Təhsil:
LL.M(Hüquq üzrə magistr) Biznes və Ticarət hüququ – Erasmus Universiteti Rotterdam, Niderland Krallığı – 2003
Neft və qaz yay məktəbi – ADA Universiteti, Azərbaycan – 2010
Hüquq üzrə bakalavr – Qafqaz Universiteti, Azərbaycan – 2002

Əlaqə:
Ofis: + 994 12 599 05 59
v.mammadov@capitallegal.az