Əmək və Miqrasiya hüququ

Əmək və Miqrasiya hüququ

CLS əmək hüququnun bütün sahələrinə dair geniş təcrübəyə malikdir. Müştərilərimizin müraciətlərinin gündəlik və ya uzun müddətli əmək məsələlərinə aid olmasından asılı olmayaraq, bizim hüquqşünaslar məsələni həll edə və yerli və beynəlxalq səviyyədə mürəkkəb məsələlərə dair yüksək səviyyəli xidmət göstərə bilərlər.
Biz müştərilərimizə biznes konsaltinq xidmətləri göstərir, həmçinin Əmək və Miqrasiya hüququnun bütün məsələləri üzrə məsləhət veririk. Bizim xidmətlərə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır:
• Əmək hüququnun hüquqi təhlili
• Əmək müqavilələrinin hazırlanması
• Əmək hüququ, insan resurslarının idarə edilməsi və miqrasiya hüququ üzrə məsləhət
• İş və yaşayış icazəsinin alınması üçün sənədləşmə işində kömək etmək
• İşçilərin və ştatların ixtisarı, sahibliyin dəyişməsi, işdən azad etmə və digər proseslərlə bağlı hüquqi yardım
• Nəzarət orqanlarının yoxlamaları zamanı müştərilərin müdafiə edilməsi
• Əmək mübahisələrinin həlli zamanı müştərilərin müdafiə edilməsi
• Xidmət müqavilələri, əmək müqavilələri və işçilər üçün prosedurlar
• İşlərin icrasını, xəstəliyi, davranış qaydalarının pozulması siyasətini, hamiləliyə, doğuşa və uşağa qulluğa görə məzuniyyəti əhatə edən əmək qaydaları
• Mükafatlandırma və korporativ idarəetmə
• Fərdi məlumat və məlumatlara giriş
• Əsassız işdən azad etmə
• Beynəlxalq əmək məsələləri, həmçinin ikili müqavilələr və beynəlxalq ezamiyyətlər
• Əmək şəraitinin təhlükəsizliyi
• Hüquqi şəxslərin yenidən təşkili zamanı əmək münasibətlərinin hüquqi təhlili
• Pensiyalar, kompensasiyalar və ödənişlər
• Səhmlərlə ödəniş
• Kommersiya sirrinin yayılması və əmək müqaviləsinin məxfilik barədə müddəalarının pozulması, fidusiar vəzifələr məsələləri ilə bağlı məsləhət vermək
• İşçilərin işə qəbul edilməsi məsələləri
• Autsorsinq

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *