Daşınmaz Əmlak və Tikinti

Daşınmaz Əmlak və Tikinti

Tikinti, investisiya məqsədləri üçün daşınmaz əmlakın alqısı və satqısı daha da mürəkkəbləşib və adətən özündə xarici elementləri göstərən çətin üsullarla strukturlaşır. Biz aparıcı yerli, regional və hətta qlobal investorlara, tikinti şirkətlərinə, daşınmaz əmlak fondlarına və maliyyə institutlarına onların böyük və mürəkkəb daşınmaz əmlak əməliyyatları və mübahisələri ilə bağlı məsləhət veririk.
Hərtərəfli bilik və təcrübə CLS-ə rəqabət üstünlüyü verir. Biz daşınmaz əmlakın tikintisi, investisiya və inkişaf, daşınmaz əmlakla bağlı M&A əməliyyatları, daşınmaz əmlak maliyyəsi və vergisi, tikinti mübahisələri, ətraf mühit məsələləri ilə bağlı məsləhət veririk.
CLS-in aşağıda göstərilənlərlə bağlı geniş təcrübəsi vardır:
• Daşınmaz əmlakın tikintisinin bütün sahələri üzrə və infrastrukturun tikintilisi üzrə məsləhətin verilməsi
• İnşaat müqavilələri üzrə danışıqların aparılması və müqavilə layihələrinin hazırlanması
• Hüquqi sxemlərin hazırlanması və əmlak hüquqlarının əldə edilməsinə nəzarət edilməsi, həmçinin tikinti məqsədi ilə sahiblik hüququnun əldə edilməsi və ya icarəyə götürülməsi
• Bütün növ daşınmaz əmlakın, həmçinin torpaq sahələrinin və gələcəkdə tikinti məqsədləri üçün nəzərdə tutulan torpaq sahəsinin tətbiq olunan qanuna uyğunluğunun hüquqi ekspertizası
• Qeyri-yaşayış daşınmaz əmlakın tikintisi zamanı icarə müqaviləsinin hazırlanması, eyni zamanda icarəçilər ilə danışıqların aparılması və icarə müqavilələrinin bağlanması
• Daşınmaz əmlak, həmçinin tikintisi başa çatmamış əmlak üzrə sahiblik hüququnun qeydiyyatı
• Bütün növ qeyri-yaşayış daşınmaz əmlakın hüquqi ekspertizası
• Qeyri-yaşayış daşınmaz əmlakın alqı-satqısı üçün əməliyyatların strukturlaşdırılması
• İnvestorların dövlət orqanları, hüquqi şəxslər və digər təşkilatlar qarşısında təmsil olunması və qorunması
• Məhkəmədən qabaq mübahisənin həlli, həmçinin müştərilərin yerli məhkəmələrdə və beynəlxalq arbitrajda təmsil olunması

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *