Bank və Maliyyə

Bank və Maliyyə

Firmanın bank sahəsi üzrə ixtisaslaşmış komandası banklara və digər maliyyə institutlarına, şirkətlərə və hökumətə hər bir sənaye, kommersiya, maliyyə və hökumət sektorları üzrə yerli və beynəlxalq bank və maliyyə əməliyyatları ilə bağlı məsləhət verir.

Bizim təcrübəmiz yalnız bankların və kreditorların deyil, həmçinin sənaye və maliyyə sektorunu əhatə edən kredit götürənlərin maraqlarının təmsil olunmasını da əhatə edir.

Müştərilər, bizim maliyyənin əldə edilməsi, maliyyələşmə üçün girov, sindikativ kreditlər, beynəlxalq kreditlər, ticarət və birləşən bazarların maliyyəsi, daşınmaz əmlakın maliyyələşməsi, yüksək gəlirlilik, restrukturizasiya və müflisləşmə, maliyyə strukturlaşması və s. daxil olmaqla bank və maliyyə sektorlarını əhatə edən geniş təcrübəmizdən faydalanırlar.
CLS-in həmçinin bank fəaliyyətinin idarə edilməsi və kapital adekvatlığı ilə bağlı geniş bilik və təcrübəsi vardır. Bu, beynəlxalq standartları və tələbləri, EC derivativləri, tənzimləyən təşkilatların qaydalarını və mərkəzi bankın təcrübəsini, həmçinin kapital adekvatlığı qaydalarını əhatə edir.

Bundan başqa, CLS-in bank və maliyyə sektorunda onu digər yerli və regional hüquq firmaları arasında fərqləndirməyə imkan verən məhkəmə və mübahisələri həll etmək kimi geniş təcrübəsi vardır.
Biz sizəmüstəqil strateji məsləhət ilə,həmçinin mürəkkəb əməliyyatlarda vahid komanda şəklində çalışaraq bank və maliyyə xidmətlərinin nəticələrin idarə etməyə kömək edə bilərik.
CLS-in kapital bazarları əməliyyatları sahəsində lider firmalardan biri kimi nüfuzu vardır. Bizqiymətli kağızlarla əlaqədar yerli və beynəlxalq əməliyyatların bütün növləri üzrə, kapital, borc öhdəlikləri, istiqraz emissiyası, törəmə maliyyə alətləri (derivativlər) ilə bağlı məsləhət veririk.
Bizim kapital bazarları təcrübəmizə əlavə olaraq, CLS-in investisiyanın idarə edilməsi və investisiya fondları əməliyyatlarının praktiki aspektləri üzrə dərin bilik və təcrübəsi vardır.
Bundan başqa, CLS İslam maliyyə institutlarına, banklara və kooperativlərə biznes konsaltinq xidmətləri göstərə bilər.
Biz müştərilərimizə biznes-konsaltinq xidmətləri göstərir, həmçinin Bank və Maliyyənin bütün sahələri üzrə mütəxəssis məsləhəti veririk. Bizim xidmətlərə aşağıdakılar daxildir:
• Kredit təşkilatlarının maliyyələşmə və kreditləşmənin bütün sahələrində təmsil olunması
• Kütləvi təklif və qapalı yerləşdirmə zamanı köməklik etmək
• Layihələrin maliyyələşməsində konsultasiya aparmaq
• Azərbaycan, MBD və digər ölkələrin bank, maliyyə və kapital bazarlarının qaydaları ilə bağlı məsləhət vermək
• Beynəlxalq maliyyə və kapital bazarları və beynəlxalq maliyyə hüququ
• Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına dair qanunvericiliklə bağlı məsləhət vermək
• İslam bankçılığı və maliyyə üzrə məsləhət vermək
• Avrobondların buraxılması məsələləri ilə bağlı məsləhət vermək
• Derivativ əməliyyatları üzrə məsləhət vermək və ISDA ilə bağlı hüquqi rəy hazırlamaq
• Koporativ, qiymətli kağızlar və maliyyə hüququ ilə bağlı məsləhət vermək
• FATCA – ya uyğunluq
• İnvestisiyanın idarə edilməsi, özəl investisiya, dövlət sağlamlıq fondları, pensiya fondları
• Restrukturizasiya və müflisləşmə
• Ticarət, xammal və ixrac maliyyəsi
• E-bank müqavilələri üzrə məsləhət vermək
• Elektron ödənişlərlə bağlı hüquqi, tənzimləyici və kommersiya məsələləri üzrə məsləhət vermək
• E-bank və elektron maliyyə əməliyyatlarında zərər və öhdəliklərlə bağlı məsləhət vermək
• E-bank və elektron maliyyə üzrə lisenziya müqavilələri ilə bağlı məsləhət vermək
• E-bank məhsulları və xidmətləri ilə bağlı hüquqi, tənzimləyici, uyğunluq və kommersiya məsələləri ilə əlaqədar məsləhət vermək.

blogini.me смотреть

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *