Korporativ və Kommersiya hüququ

Korporativ və Kommersiya hüququ

Biz xüsusi ilə, kompleks, yerli, regional və beynəlxalq əməliyyatlar və layihələrə diqqət edərək müştərilərə korporativ və kommersiya hüququnun bütün istiqamətləri üzrə, hüquqi şəxslərin yenidən təşkili məsələləri (M&A), birgə müəssisələr, korporativ idarəetmə və qanunvericiliyə uyğunluqla bağlı məsləhət veririk. Bizim komanda maliyyə xidmətlərindən energetika və təbii ehtiyatlar və sağlamlığın qorunması xidmətinə kimi müxtəlif sahələrdətexniki və sənaye sahələri üzrə təcrübəsi olan mütəxəssislərin birliyindən təşkil edimişdir.
Bizim inteqrasiya olunmuş komandaya korporativ hüquq, vergi və vergiqoyma, dəniz hüququ/dəniz yükdaşımaları, logistika və yük daşımaları, enerji və təbii ehtiyatlar, antitrust / rəqabət hüququ, maliyyə və kapital bazarları hüququ, qiymətli kağızların ilkin təklifi(IPO), məhkəmə, pensiya, əmək, daşınmaz əmlak, fondlar və investisiyanın idarə edilməsi, sığorta, özəl investisiya, “startap”, texnologiya və əqli mülkiyyət hüququ üzrə mütəxəssislər daxildir.
Bizim lazimi təcrübəmiz var və bizkorporativ və kommersiya əməliyyatları və sənaye və infrastruktur layihələri ilə bağlı Azərbaycan, ingilis, Avropa İttifaqı, Rusiya və ABŞ korporativ və müqavilə hüququnun bütün sahələri üzrə məsləhət veririk.
Biz müştərilərimizin gəlir əldə etməsi üçün təcrübəmizdən istifadə edirik vəmüxtəlif yerli, regional, və beynəlxalq sənaye, biznes layihələri və əməliyyatlara təsir edən məsələlər ilə bağlı bazarın məlumatlandırılmasında liderlik edirik.
Biz CLS olaraq müştərilərimizi hüquqi, tənzimləyici və biznes dəyişiklikləri, habelə bizim köməyimiz nəticəsində qarşısı alınacaq potensial risklər barədə məlumatlandırmaqla fikir liderliyinə inanırıq. Biz həmçinin müştərilərimizin hüquqi və bazar yenilikləri barədə məlumatlı olması üçün təşəbbüs göstəririk və mütəmadi olaraq bizim ofisdə seminarlar, təlimlər və tədbirlər keçiririk və onlayn internet-seminarlar təşkil edirik.
CLS-in əsas fəaliyyəti kommersiya və korporativ əməliyyatlardan ibarətdir və hüquqşünaslarımızın əksəriyyəti müştərilərimizə müxtəlif iri kommersiya və korporativ əməliyyatlar ilə bağlı köməklik göstərirlər. Bizim xidmətlərə aşağıdakılar daxildir:
• Xarici İnvestisiya
• Hüquqi şəxslərin, həmçinin filial və nümayəndəliklərin Azərbaycan Respublikasında qeydiyyatı, yenidən təşkili və ləğvi
• Korporativ dəyişikliklərin qeydiyyatı
• Səhmdar sazişləri
• Korporativ sənədlərin hazırlanması
• Korporativ idarəetmə, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması haqda qanunvericilik
• Mövcud qanunvericiliyə riayət olunması
• Birləşmə və qoşulma (M&A)
• Özəlləşdirmə və restrukturizasiya
• Daxili və xarici əməliyyatlar ilə bağlı məsləhət verilməsi
• Birgə müəssisələr
• Alıcı və satıcıların hüquqi ekspertizası
• Birləşmədən sonra hüquqi xidmətin göstərilməsi
• Müqavilədən qabaq danışıqlar zamanı və müqavilənin layihəsinin hazırlanmasında hüquqi dəstəyin göstərilməsi
• Müqavilə münasibətlərindən irəli gələn kommersiya risklərinin aşkar və təhlil edilməsi
• Valyuta tənzimləməsi qaydaları
• Antiinhisar və haqsız rəqabət məsələləri
• Gömrük hüququ
• Əqli mülkiyyət hüququ və məlumatların qorunması
• Reklam hüququ
• Telekommunikasiya
• Sığorta və təkrar sığorta
• Müştərilərin məhkəmədə təmsil edilməsi
• Dəniz daşımaları, logistika və yük daşımaları
• “Startap”müəssisələrin təsis edilməsi və fəaliyyətləri
• Müştərilər üçün katiblik, tərcümə və notarius xidmətlərinin göstərilməsi
• Biznes etikası və korporativ idarəetmə
• Kənd təsərrüfatı
• Sağlamlığın qorunması

вареники с картофелем: restorator.name/

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *