Səbuhi Tağıyev

Səbuhi Tağıyev

Səbuhi Tağıyev CLS-də Hüquq məsləhətçisi vəzifəsində işləyir. Səbuhi CLS-dən öncə nüfuzlu beynəlxalq hüquq şirkəti olan “Beyker və Makenzi” şirkətində çalışıb. Onun iş təcrübəsi əsasən korporativ, bankçılıq, maliyyə, ticarət hüququ və hüquqi şəxslərin yenidən təşkili (M&A) sahələrinə yönəlib. Səbuhi bir müddət nəhəng beynəlxalq şirkətə hüquqçu kimi ezam olunmuşdur.

İş təcrübəsindən nümunələr:
• Beynəlxalq şirkətə ezam olunduğu müddətdə müxtəlif məsələlərlə bağlı məsləhətlərin verilməsi
• İnsan resursları və ekoloji audit
• Şirkətin qeydiyyatı və ləğv edilməsi xidmətləri
• Əməkçi miqrantlara miqrasiya, viza, iş icazəsi və qeydiyyat tələbləri ilə bağlı məsləhətlər və lazımi sənədlərin alınması
• İş və yaşamaq üçün icazənin, müxtəlif lisenziyaların və sertifikatların alınması üçün hüquqi məsləhətlər
• Müqavilə danışıqlarında müştərilərin təmsil edilməsi, icarə, xidmət, alqı-satqı, reklam və digər növ müqavilələrin layihələrini hazırlanması
• Hüquqi araşdırmalar və bunun əsasında memorandumların hazırlanması
• Bir sıra şirkətlərə əmək, gömrük və vergi məsələləri ilə bağlı məsləhətlər
• Müqavilələrdə və investisiya layihələrində hüquqi risklərin aşkar edilməsi və azaldılması üzrə hüquqi xidmətlər
• Məhkəmə prosesi ilə bağlı müxtəlif sənədlərin hazırlanması.

Təhsil:
LL.M(Hüquq üzrə Magistr) Kommersiya Hüququ və Korporativ İdarəetmə – London İqtisadiyyat Məktəbi, Birləşmiş Krallıq– 2014
LL.MKommersiya hüququ – Bakı Dövlət Universiteti, Azərbaycan – 2013
Hüquq üzrə Bakalavr – Xəzər Universiteti, Azərbaycan– 2007

Əlaqə:
Ofis: + 994 12 599 05 59
s.tagiyev@capitallegal.az