Yük daşımaları, dəniz daşımaları və logistika

Yük daşımaları, dəniz daşımaları və logistika

Biz nəqliyyat və logistika sektorunun bütün sahələrində xidmət göstəririk. Bu hüquqi cəhətdən tez-tez dəyişən və ölkə sərhədlərindən kənarda məsləhət və hüquqi xidmət tələb edən birsektordur.
Biz mürəkkəbləşən tənzimləyici strukturlarla,lisenziya və icazə ehtiyacları ilə, yeniləşən maliyyələşmə metodlarına artan tələbatla, öhdəliklər və sığorta riskləri iləüzləşən müştərilərimizə peşəkar xidmət göstərmək üçün bilik və təcrübəyə sahibik.
Bizim yük daşımaları və logistikanın bütün sahələri üzrə məsləhət verə biləcək böyük təcrübəsi olan hüquqşünaslarımız var.
Bizim lazimi təcrübəmiz var və biz yük daşımaları vəlogistika sektoru, həmçinin nəqliyyat infrastrukturu ilə bağlı Azərbaycan, ingilis, Avropa İttifaqı, Rusiya və ABŞ dəniz daşımaları, yük daşımaları və müqavilə hüququnun bütün sahələri üzrə məsləhət veririk. Biz aşağıdakı sahələr üzrə xidmət göstəririk:
• Hava nəqliyyatı
• Dəmir yolu
• Logistika
• Daşıma
• Nəqliyyat infrastrukturu