Elnur Eyvazov

Elnur Eyvazov

Elnur Eyvazov CLS-də Baş hüquq məsləhətçisi vəzifəsində işləyir. O, CLS – dən öncə “JP Morgan Chase & Co.” (Nyu York, ABŞ), “Britiş Petroleum” (Bakı, Azərbaycan), “Klifford Çans” (London, Birləşmiş Krallıq) şirkətlərində, Amerika Hüquqşünaslar Assosiasiyasında, “Praktikal Salyuşns Qrup”-da çalışıbdır.

Elnurun biznes hüququ, korporativ maliyyə hüququ, biznes etikası, enerji hüququ, investisiyanın idarə edilməsi və maliyyə hüququ sahələrində geniş təcrübəsi vardır. Elnur özünün peşəkar və şəxsi keyfiyyətlərini göstərdiyi bir sıra yerli və beynəlxalq layihələrdə iştirak etmişdir. Hazırda o, həmçinin ADA Universitetində Enerji hüququ, Biznes hüququ və Biznes etikası fənlərini baş müəllim olaraq tədris edir və Fərqlilik və Bərabər İmkanlar Departamentinin Direktorudur.

İş təcrübəsindən nümunələr:
• AİB və AYİB üçün məsləhətlər və onların müxtəlif hüquq layihələrində təmsil edilməsi
• Beynəlxalq arbitraj təcrübəsi
• SOCAR Polimer üçün məsləhətlər və onu müxtəlif hüquq layihələrində təmsil edilməsi
• Enerji şirkətinə Hasilatın Pay Bölgüsü barədə Saziş üzrə və “Goldman Sachs International” şirkəti ilə Opsion qoyuluşu barədə Sazişlər ilə bağlı məsləhətlər
• İsveçrə hüququ ilə tənzimlənən Trans-Adriatik Boru Kəməri layihəsi üzrə Azərbaycandan Avropaya ixrac edilən təbii qaz üçün İsveçrədə şirkətin xüsusi məqsəd konsepsiyasının inkişaf etdirilməsi ilə bağlı SOCAR-a məsləhətlər
• Əmək, miqrasiya, maliyyə hüququ, neft, qaz, hüquqi şəxslərin yenidən təşkili (M&A), Hasilatın Pay Bolgüsü, xidmət müqavilələri, beynəlxalq hüquq və enerji hüququ ilə bağlı hüquqi məsləhətlər
• İNEOS Lisenziya Müqaviləsi və Kommersiya Təklifi üçün İNEOS Texnologiyalar müqaviləsi toplusunun yoxlanılması, danışıqların aparılması və başa çatdırılmasında neft kimya şirkətinə məsləhətlər verilməsi və danışıqlarda təmsil edilməsi

Təhsil:
MC.LHüquq və Biznes – Kolumbiya Universiteti, Nyu-York, ABŞ – 2012
M.Juris.Beynəlxalq bankçılıq və maiyyə hüququ, Hüquq fakültəsi – Oksford Universiteti, Birləşmiş Krallıq – 2008
LL.MBeynəlxalq kommersiya hüququ, Hüquq fakültəsi – Kembric Universiteti, Birləşmiş Krallıq – 2006
J.D. (LL.B.), M.A. Mülki və İqtisadiyyat hüququ – Bakı Dövlət Universiteti – 2003,2005

Əlaqə:
Ofis: + 994 12 599 05 59
e.eyvazov@capitallegal.az