Enerji, neft, qaz, ətraf mühit və dağ-mədən xidmətləri hüququ

Enerji, neft, qaz, ətraf mühit və dağ-mədən xidmətləri hüququ

CLS – in enerji, neft, qaz, dağ-mədən və təbii ehtiyatlar üzrə komandası geniş təcrübəsi olan hüquqşünaslardan ibarətdir və onlar kapital bazarları, korporativ hüquq, tikinti, ətraf mühit, məhkəmə, PFI/PPP, layihələrin maliyyələşdirilməsi, daşınmaz əmlak və vergi sahələri üzrə bilik və təcrübələrinə əsaslanaraq məsləhət verirlər.
Bizim mütəxəssislər enerji və təbii ehtiyatlar sektoru, xüsusi ilə dağ-mədən və metallurgiya, neft və qaz, energetika və bərpa olunan enerji mənbələri ilə əlaqədar məsləhət verə və həll yolları göstərə bilərlər. CLS dəyişən bazar və tənzimləyici tələblərlə ayaqlaşmağa, həmçinin yeni bazara daxil olmağa, maraqlarınızı qorumağa, risklərinizi idarəetməyə və biznesinizi gücləndirməyə sizə kömək etmək üçün cəhd edir.
Biz sizə təcrübi biliklərə əsaslanan yüksək keyfiyyətli hüquqi və biznes məsləhəti verməklə kömək edə bilərik.
Biz energetika, neft, qaz, dağ-mədən və metallurgiya sektorları ilə əlaqədar olan mürəkkəb hüquqi, maliyyə və kommersiya məsələləri üzrə məsləhət veririk. Biz bu sahələrdəbir sıra böyük şirkətlərə, həmçinin böyük enerji, neft, qaz və dağ-mədən şirkətlərinə, kiçik enerji və dağ-mədən şirkətlərinə, banklara, beynəlxalq maliyyə institutlarına, podratçılara məsləhət veririk.
Biz aşağıda göstərilən sahələrlə bağlı məsləhət veririk:
• Enerji və elektroenergetika sahəsi, habelə enerji istehsalı və ötürülməsi
• Neft və qaz (Upstream, Midstream and Downstream)
• Dağ-mədən və təbii ehtiyatlar
• Enerji və dağ-mədən sektorunda layihələrin maliyyələşməsi, həmçinin neft-kimya zavodları elektrik stansiyaları və neft emalı zavodları kimi sənaye və infrastruktur layihələri
• Bərpa olunan mənbələr
• Su
• Ekoloji pasportun alınması, tullantı həddinin müəyyən edilməsi və ətraf mühitə təsirin qiymətləndirilməsi daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq ətraf mühit hüququ və iqlim dəyişikliyi