Məhkəmə, Arbitraj və Mübahisələrin alternativ həlli üsulları

Məhkəmə, Arbitraj və Mübahisələrin alternativ həlli üsulları

CLS Azərbaycan məhkəmə praktikasında yüksək səviyyəli xidmətlər təqdim edir. Bizim komanda təcrübəli, Azərbaycanda və xarici ölkələrdə ixtisaslaşmış hüquqşünaslardan təşkil edilib. Biz müştərilərimizi Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında təmsil edirik, həmçinin müştərilərimizə beynəlxalq arbitrajlarda və mübahisələrin məhkəmədən kənar həllində məsləhət verir və onlara köməklik edirik. Bizim xidmətlərə aşağıdakılar daxildir:
• Məhkəmə
• Mübahisələrin alternativ həlliüsulları(vasitəçilik və arbitraj)
CLS mümkün olan bütün hallarda müştərilərinə riskləri idarə etməyə və məhkəmədən yayınmağa kömək edir. Məhkəmə, arbitraj və mübahisələrin digər həlli üsulları ilə əlaqədar müştərilərə məsləhət verərkən və onları təmsil edərkən müştərilərin kommersiya məqsədlərinə çatmalarına kömək etmək, həmçinin optimal prosessual taktikanın və mübahisələrin həllinə yaradıcı yanaşmanın hazırlanması üçün CLS bütün mərhələlərdə hər bir işin hüquqi, kommersiya, tənzimləyici və nüfuza zərər verə biləcək risklərini qiymətləndirir. Bizim hüquqşünaslar mübahisələri ən əlverişli üsulla – vasitəçilik, məhkəmə araşdırması və ya ekspertlərin iştirakı ilə həll edirlər.
Əsas göstəricimiz bizim beynəlxalq şirkət kimi mövcudluğumuzdur ki, bu da bizə mürəkkəb, kompleks beynəlxalq işləri maneəsiz, mümkün qədər tez və ucuz həll etməyə imkan verir.Beynəlxalq layihələrdə iştirak edən qlobal məsləhət verən firma olaraq bizkomandaları əsas arbitraj mərkəzləri olan Paris, Cenevrə, London, Stokholm, Sinqapur, Honq Konq, Dubay və Nyu-York daxil olmaqla, dünyada arbitraj məhkəmələrində arbitr və hüquqşünas kimi fəaliyyət göstərən bir sıra aparıcı regional və beynəlxalq hüquq firmaları ilə münasibətlər qurmuşuq və sıx əməkdaşlıq edirik. Biz müştərilərimizə arbitraja müraciət etmənin müsbət və mənfi tərəfləri barədə, mövcud olan müxtəlif coğrafi seçimlər barədə və müxtəlif müqavilələr, tərəflər, yurisdiksiyalar və hüquq sistemlərinin tələblərinə uyğun olaraq arbitraj maddələrinin hazırlanması üçün seçimlər barədə məsləhət veririk.
Bizim sonuncu təcrübəmiz
1. Hazırda, CLS müştəri və xarici tikinti və mühəndislik şirkəti arasında olan mübahisənin həll edilməsi üçün müştərini beynəlxalq arbitraj məhkəməsində təmsil edir. CLS digər tərəflə danışıqlar, ilkin qiymətləndirmə və arbitraj strategiyasının müəyyən edilməsi, mübahisədən qabaqkı danışıqlar, arbitrların seçilməsi, qeydiyyat və beynəlxalq arbitrajın keçirilməsi, sübut etmə, arbitraj məhkəməsində müdafiə etmə, təsdiqetmə, mübahisələndirmə və arbitraj qərarının icrası (ehtiyac olduqda) daxil olmaqla, müştərini arbitraj prosesinin bütün mərhələlərində təmsil edir.
2. Hazırda, biz müştərilərimizi birinci instansiya məhkəmələrində və Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edirik. CLS-in digər maraqlı təcrübəsi xarici məhkəmənin qərarının Azərbaycan Respublikasında tanınması üçün xarici hüquqi şəxsi təmsil etməsidir.