Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Qanun

Azərbaycan Respublikasının Prezidenti Antidempinq, kompensasiya və mühafizə tədbirləri” haqqında 31 may 2016-cı il tarixli 261-VQ nömrəli qanunu təsdiq etmişdir (bundan sonra “Qanun”). Qanun 13 oktyabr 2016-cı il tarixində qüvvəyə minəcəkdir.

Qanun Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədi ilə yerli istehsala zərər vuran dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.

Dempinqli və yaxud subsidiyalaşdırılmış idxalın müəyyən edilməsinə dair araşdırmalar Qanunun müəyyən etmiş olduğu meyar və proseduralar əsasında Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.  Keçirilən araşdırmanın nəticəsinə əsasən Azərbaycan Nazirlər Kabineti antidempinq, kompensasiya və mühafizə tədbirlərini tətbiq edə bilər.  Adı keçən tədbirlərə antidempinq rüsumları kimi xüsusi rüsumların tədbiqi, idxal kvotası, ixracatçıya qiymətlə əlaqədar öhdəliklərin qoyulması kimi addımlar daxildir.