“ABAD” publik hüquqi şəxsin yaradılması haqqında

Azərbaycan Respublikasının Prezidenti “ASAN Xidmət”in tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında 23 sentyabr 2016-cı il tarixli Fərman imzalamışdır (bundan sonra “Fərman”).

Fərmana əsasən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

Fərman Azərbaycanın ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara şamil olunur.

Fərmanın məqsədləri:

• Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək;
• Ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək;
• Kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq;
• Əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq.

“ABAD” mərkəzləri vasitəsilə sosialyönümlü layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması, marketinq, dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi, istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma və digər bu kimi köməkçi üsulların həyata keçirilməsi nəzərdə tutulur.

Fərman həmçinin “ABAD” mərkəzləri vasitəsilə istehsal olunan məhsulun sertifikatlaşdırılmasının “bir pəncərə” prinsipi əsasında təşkili ilə bağlı sadələşdirilmiş prosedurun həyata keçirilməsinı də əhatə edir.

Vergi sahəsində aparılacaq islahatların istiqamətlərinin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam

Azərbaycan Respublikasının Prezidenti “Vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında 04 avqust 2016-cı il tarixli Sərəncam imzalamışdır (bundan sonra “Sərəncam”).

Sərəncam Azərbaycan Respublikasının vergi ödəyicilərinə, sahibkarlarına, turistlərinə şamil olunur.

Sərəncamın məqsədləri: Daha Ətraflı

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası

E
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu  və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası”nın təsdiq edilməsi haqqında 15 iyul 2016-cı il tarixdə 275 nömrəli qərar qəbul etmişdir (bundan sonra “Qərar”).
Qərar Azərbaycan Respublikasının vahid gömrük ərazisindən (bundan sonra “Gömrük ərazisi”) keçən xarici dövlətlərə məxsus yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə (bundan sonra “Avtonəqliyyat vasitəsi”) şamil edilir. Daha ətraflı

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 8 iyul 2016-cı il tarixdə 267 nömrəli qərar qəbul etmişdir (bundan sonra “Qərar”).

Qərara əsasən Daha Ətraflı

“ASAN Viza” sistemi vasitəsi ilə Elektron vizaların verilməsi proseduru

“ASAN Viza” sistemi vasitəsi ilə Elektron vizaların verilməsi proseduru

01 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında Fərman (bundan sonra “Fərman”) imzalamışdır. Fərmana əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra “Əcnəbilər”) “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza almaqları nəzərdə tutulmuşdur.
“ASAN Viza” sisteminin yaradılması və onun idarə olunması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin ediləcək.
Daha Ətraflı

İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər

c44583db-676e-417a-8b0b-fc9dbda76da518 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İnvestisiyaların təşviqi ilə bağlı əlavə
tədbirlər haqqında Fərman (bundan sonra “Fərman”) imzalamışdır. Fərmana əsasən, investisiya təşviqi
sənədinin (bundan sonra “İnvestisiya sənədi”) verilməsi qaydası (bundan sonra “Qayda”) təsdiq edilmişdir.
Qaydalarda İnvestisiya sənədinin alınması meyarları, qaydaları və müddətləri nəzərdə tutulmuşdur.
İnvestisiya sənədini almaq istəyən hüquqi şəxs və ya fərdi sahibkar (bundan sonra “Sahibkar”) üçün üç
meyar müəyyən edilmişdir: investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi, investisiya layihəsinin
həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri.
Sahibkar İnvestisiya sənədinin alınması üçün Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyinə müraciət
edərək aşağıdakı sənədləri təqdim etməlidir: Daha Ətraflı

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 142; 2002, № 6, maddə 328; 2004, № 7, maddə 505; 2006, № 12, maddə 1033; 2007, № 1, maddə 4; 2010, № 5, maddə 386; 2011, № 2, maddə 71, № 12, maddə 1086; 2012, № 2, maddə 62; 2013, № 5, maddə 466, № 7, maddə 796) aşağıdakı məzmunda 9-cu maddə əlavə edilsin:
Daha ətraflı