Məmməd Rəsul Qaffarlı

Məmməd Rəsul Qaffarlı

Məmməd Rəsul Qaffarlı Azərbaycanda təcrübəli və tanınmış vergi mütəxəssisi və auditorlardan biridir. Məmməd Rəsul müəllim 40 illik təcrübəsi ərzində bir sıra tanınmış şirkətlərin baş mühasibi işləyib, həmçinin Böyük Dördlüyə daxil olan beynəlxalq audit şirkətlərində10 ildən artıq çalışmışdır.

Məmməd Rəsul müəllimin müstəqil auditor kimi fəaliyyət göstərmək üçün lisenziyası vardır və o, Azərbaycanda sertifikatlaşdırılmış mühasibdir.

İş təcrübəsi:
• Milli və beynəlxalq maliyyə hesabatı standartları əsasında maliyyə hesabatlarının və digər hesabatların hazırlanması
• Aylıq və illik maliyyə hesabatının bağlanmasının icrası və “Baş kitab”da olan məlumatların müqayisəsi,risklərin qiymətləndirilməsi
• Bütün yerli vergilərin hesablanması və ödənilməsi, hesabatların hazırlanaraq təqdim edilməsi
• Müxtəlif mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və tətbiqi
• Müştərilərin vergi qanunvericiliyinə (həmçinin əmək haqqının hesablanması, internet-bank vasitəsi ilə əmək haqqının ödənilməsi) riayət etmələri üçün cavabdeh olmaq
• Aylıq, rüblük, illik vergilərin, sosial sığortanın ödənilməsi, məşğulluqla bağlı statistik hesabatların hazırlanması
• Mühasibatlıq sənədlərinin arxivləşdirilməsi
• Vergi yoxlamaları zamanı müştərilərə yardım etmək
• Maliyyə nəzarəti

Təhsil:
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, Mühasibatlıq fakültəsi

Əlaqə:
Ofis: + 994 12 599 05 58
m.gaffarli@capitallegal.az